LIFAN 820 PREMIUM EKSTERYER

LIFAN 820 EKSTERYER

Eleqant, rahat və praktik dizayn konsepsiyası əks olunmaqla Lifan 820-nin xarici görünüşü Avropanın məşhur dizayn şirkəti tərəfindən hazırlanmışdır. Əvvəlki modellərlə müqayisədə Lifan 820-nin xarici görünüş baxımından diqqət yetiriləcək bir çox üstünlükləri var.

Keyfiyyət və sadə üslub axtarışında olan müştərilər üçün təqdim edən avtomobilin görünüş dizaynı zərif konturları ilə yığcam və parlaqdır. Avtomobilin kənarlarında olan yan xətləri mükəmməl nisbətdə paylanmışdır. Buferin aşağı kənarı dinamikanı artıran spoyler funksiyası ilə təchiz olunmuşdur.

Ön hissəsi eleqant görünüş bəxş edən altıbucaqlı yastı mərkəzi hava giriş barmaqlığı ilə dizayn edilmişdir. Çarpaz xrom örtükdən hazırlanan barmaqlıq dəbdəbə və zövqü simvolizə edir. LED gündüz farası və arxa faralarla birlikdə aqressiv görünüşlü ön faralar insana iş mühitini xatırladır.