LIFAN 820 PREMIUM İNTERYER

LIFAN 820 INTERIOR

Lifan 820-nin şassisi avtomobil üzrə Tayvanlı baş ekspert tərəfindən, performans avadanlığı Ford eksperti tərəfindən və şassi tüninqi MIRA eksperti (ən yüksək beynəlxalq şassi tüninq şirkəti) tərəfindən hazırlanmışdır. Lifan 820 mükəmməl nəzarət və rahatlığın təmin edildiyi avtomobildir.

 

Ön və arxa müstəqil asqıların tətbiq edilməsi avtomobilin kələ-kötür yollarda problemsiz hərəkət etməsinə imkan yaradır, yüksək sürətdə korpusun stabilliyini saxlayır və səs və vibrasiyanı azaldır. Bundan başqa, Lifan 820 kupe dizaynı ilə müştərilərin asan və rahat idarəetmədən zövq almasını təmin edir.

 

Eyni zamanda Lifan 820 böyük ekranlı MP5 əyləncə sistemi, hündürlüyü tənzimlənən faralar, start düyməsi, açarsız giriş, CAN/LIN, üzərində ikiqat instrumentlərlə və LED ekranla idarəetmə paneli və dayanacaq əyləci ilə təchiz edilmişdir. Təkmilləşdirilmiş texniki konfiqurasiyalar idarəetməni daha da asanlaşdırır.