LIFAN X60 TƏHLÜKƏSİZLİK

1. Avtomobilin toqquşma əleyhinə dizaynı olan ön hissəsi

Böyük miqdarda enerji sərf edən ön bufer və toqquşma əleyhinə ön metal tir, həmçinin enerjini udmaq üçün dağılan və qırışan sahələr toqquşma zamanı avtomobildə olan sərnişinlərin təhlükəsizliyini artırır.

   

2. Böyüdülmüş görüntüyə malik dönmə faraları olan enli xarici arxa görüntü güzgüləri

X60-ın xarici arxa görüntü güzgüləri idarəetmə təhlükəsizliyini artırmaq üçün enli təbəqəyə malikdir. Xarici arxa görüntü güzgüsü gümüşü parlaq zolaqlarla bəzədilmiş və dönmə farası ilə birləşmişdir. Konfiqurasiya dəbdəbəlidir və avtomobilin hərəkət zolağı dəyişdikdə və yaxud şəhərdə avtomobili döndərdikdə təhlükəsizliyi artırır. Arxa görüntü güzgülərinin qızma funksiyası mövcuddur.

 

3. Dörd kanallı/ dörd sensorlu ABS və EBD

LifanX60 təkmil dörd kanallı/ dörd sensorlu ABS və EBD sisteminə malikdir. Tərtibat tarazlaşdırılmamış əyləc gücünün yaratdığı sürüşmə və yellənmə halını səmərəli şəkildə aradan qaldıra bilər.

 

4. Son dərəcə möhkəm və təhlükəsiz avtomobil kuzovu

Lifan X60 əsasən olduqca möhkəm az qatışıqlı polad lövhələrdən hazırlanmış unitary avtomobil kuzova malikdir. Avtomobil kuzovunun ön və arxa hissəsində qatılaşdırılmış polad lövhələr, həmçinin toqquşma zamanı enerjinin udulması üçün dağılan zonalar var. Toqquşma əleyhinə daxili metal tirlərlə təmin olunan dörd qapı toqquşma zamanı sürücü və sərnişinlərin yüksək səviyyəli təhlükəsizliyini təmin etmişdir.

 

5. Böyüdülmüş ikili görüntüyə malik LED arxa faralar

Böyüdülmüş ikili görüntüyə malik LED arxa faralar görünüşünə görə möhtəşəmdir və arxa hissədə təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırmaq üçün parlaq işıq saça bilər.

 

6. Dörd dəndənəli alüminium təkər topu və yüksək performanslı enli şinlər

Lifan X60-ın “Giti Tire” korporeasiyasının məxsusi olaraq SUV avtomobilləri üçün istehsal etdiyi rahat 520 seriyalı enli şinləri var. Şinlər normal şəraitdə möhtəşəm idarəetmə qabiliyyəti təmin edir, həmçinin nəm sürüşkən yollarda müvafiq sıxılma və stabil əyləc sistemini təmin edir.