LIFAN 820 SAFETY

Dəbdəbəli avtomobil platformasında hazırlanan Lifan 820 təkcə ölçülü qoruyucu korpus quruluşu və üstün korpus materialına malik deyil, həm də yüksək keyfiyyətli təhlükəsizliyi təmin edir.

Korpusun hazırlanmasında yüksək möhkəmliyə malik yüngül polad təbəqədən istifadə edilmişdir və bu da avtomobilin çəkisinə nəzarət etməyə imkan verir, etibarlı təhlükəsizlik və daha yaxşı idarəetmə üçün qeyri-adi struktur gücü ilə təmin edir.

Təhlükəsizliyin konfiqurasiyasında hətta sərt yolda belə idarə edərkən mükəmməl nəzarəti təmin edərək Lifan 820 üstün təhlükəsizlik texnologiyasına – Bosch-un ən son ESP (Elektronik Stabilliyə Nəzarət) sistemi, ABS və ASR (Dartma gücünə nəzarət sistemi) sistemlərinə malikdir.

Passiv təhlükəsizlik baxımından Lifan 820 çoxlu hava yastıqları və ön/arxa təhlükəsizlik kəmərləri ilə təchiz edilmişdir. Ön və yan tərəfdən zərbə zamanı bu təhlükəsizlik vasitələri baş, boyun, sinə və qarın nahiyələri daxil olmaqla bədənin əsas hissələrinə dəyəcək zədəni azaldır. TPMS (Şin təzyiq monitorinq sistemi) avtomatik olaraq şinləri yoxlayır və effektiv təhlükəsizliyi təmin edir.

Avtomobil uşaq təhlükəsizlik kilidi, ISOFIX oturacaq bərkidici nöqtələri, immobilayzer, elektron kilid və arxa görüntü kamerası ilə təchiz olunaraq asan və təhlükəsiz idarəetmə və oturmanı təmin edir.